Ağstafada 30 yaşlı kişi bıçaqlanıb, saxlanılan var

Ağstafa rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, 1994-cü il təvəllüdlü M.Əliyev qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə F.Hüseynov şübhəli bilinir, o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02