Ağstafada 16 yaşlı oğlanı avtomobil vuraraq öldürüb

Ağstafa rayonunun Poylu kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən piyada, 2006-ci il təvəllüdlü N.Orucovu "Mercedes" markalı avtomobil vurub.

Piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29