Ağdərə rayonunda avtomobil aşıb, üç nəfər xəsarət alıb.
"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə Çardaqlı kəndində qeydə alınıb.
Belə ki, "Niva" markalı minik avtomobilinin aşması nəticəsində sürücü İsa Ağayev, atası Bayram Ağayev və sərnişini Samor Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.