Ağdaşda yol qəzası nəticəsində 7 nəfər xəsarət alıb

Ağdaş. 13 may. REPORT.AZ/ Ağdaş rayonunun Qaradağlı kəndi istiqamətində ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, "Niva" və "VAZ-2109" markalı minik avtomobillərinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti