Ağdaş. 25 iyun. REPORT.AZ/ Ağdaş rayonunda vətəndaşların pay torpaqlarında narkotik tərkibli bitki sayılan çətənə kolu yetişdirən şəxslər tutulub.
"Report"un Şirvan bürosu xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşları Ağzıbir kəndində əməliyyat keçirərək Həsən Nadir oğlu Abdullayev və Əzəmət Yolçu oğlu Səfərovu saxlayıblar.
Həmin kənd sakinlərinin gizli şəkildə çətənə kolu yetişdirdiyi məlum olub. Onların iştirakı ilə təsərrüfata baxış keçirilərkən ərazidən 180 ədəd yetişmiş çətənə kolu çıxarılaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.