Ağdaşda kərpic daşıyan yük maşını dərəyə aşıb - FOTO

Ağdaş. 29 sentyabr. REPORT.AZ/ Ağdaşın Aşağı Nemətabad kəndində kərpic daşıyan “Kamaz” markalı yük maşını quyuya düşərək aşıb.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə su xətti çəkilişi ilə əlaqədar kənd yollarında qazma işi aparan təşkilatın sürücülər üçün xəbərdarlıq nişanı qoymaması səbəbindən baş verib.

Nəticədə 1969-cu il təvəllüdlü sürücü Süleymanov Polad Yusif oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralıya yaxınlıqdakı tibb məntəqəsində ilkin tibbi yardım göstərilib.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19
Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26