Ağdaşda iki nəfər həmkəndliləri olan qadını oğurlayıb

Bakı. 14 iyun. REPORT.AZ/ Ağdaş rayonunda iki nəfər həmkəndliləri olan qadını oğurlayıb.

"Report" xəbər verir ki, iyunun 12-də rayonunun Korarx kəndinin ərazisində, rayon sakini Rövşən Xəlilov Maqsud Mustafayevlə birgə həmkəndlisi C.Abdullayevanı oğurlayıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

R.Xəlilov və M.Mustafayev Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar. 

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36