Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçalayıb

Ağdaş. 23 sentyabr. REPORT.AZ/ Ağdaşda canavarlar örüşdə otlayan mal-qaraya hücum edib.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Aşağı Nemətabad kəndində baş verib.

Nəticədə bir neçə baş iribuynuzlu heyvan tələf olub və yaralanıb. Yırtıcı heyvanlar çoban və sakinlərin hay-küy salmasından sonra qaçıblar.

Zərər çəkmiş heyvan sahiblərindən biri kənddə müvəqqəti məskunlaşmış Ağdam rayonundan məcburi köçkün Sitarə Xəlilova olub. Canavarlar onun bir inəyini parçalayıblar, heyvanlardan bir neçəsi isə yaralanıb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45