Ağdaşda avtomobil marketə çırpılıb

Ağdaş. 25 fevral. REPORT.AZ/ Ağdaş şəhərində avtomobil marketə çırpılıb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Ağdaş şəhərində baş verib.

Belə ki, şəhər sakini, 1966-cı il Niqdad Sahir oğlu Mustafayevin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yol kənarındakı marketə çırpılıb. Qəza nəticəsində avtomobilin sürücü baş nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər