Ağdaşda avtomobil aşıb, ölən var

Ağdaş rayonunun Nehrəxəlil kəndində ölümlə nəticələnən ağır yol qəzası olub.

Bu barədə "Report"a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, Aydın İsmayılovun idarə etdiyi “VAZ-2104” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sərnişin, 1968-ci il təvəllüdlü Əzizova Laləzar İskəndər qızı aldığı xəsarətlərdən ölüb.

Araşdırma aparılır.

Digər xəbərlər

Naxçıvanda avtobus yanıb 10 iyul, 2026 / 15:02