Ağdaşda piyada ölümü ilə nəticələnən avtoqəza olub

Ağdaşda mayın 6-da ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, saat 12 radələrində Ağdaş şəhərində Murad Əsədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 2009-cu il təvəllüdlü Yusif Məmmədovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26