Ağdaşda dayanacaqda 66 yaşlı kişinin meyiti aşkarlanıb

Ağdaş rayonunda dayanacaqda 66 yaşlı kişinin meyiti aşkarlanıb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə noyabrın 17-də rayonun Yuxarı Ləki kəndi ərazisində Ləki-Zərdab yolunun kənarında yerləşən dayanacaqda qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü, tüfeyli həyat tərzi keçirmiş, mütəmadi olaraq spirtli içki qəbul etmiş Qasımov Umar Qasım oğlunun üzərində xəsarətləri olmayan meyiti aşkar edilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47