Ağdamda qəzada xəsarət alanların vəziyyəti ağırdır- YENİLƏNİB

Bərdə-Ağdam-Xankəndi avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar kişi cinsli 5 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda onların müvafiq şöbələrdə müalicələri davam etdirilir. Üç nəfərin vəziyyəti orta ağır, iki nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.

Müxbir: Sevil Seymur

Ağdamda 6 nəfərin xəsarət almasıyla nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Xıdırlı kəndi ərazisində baş verib.

Hadisə nəticəsində avtomobillərdə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Diaqnostika Mərkəzinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər