Ağcabədidə 53 yaşlı kişini avtomobil vurub

Ağcabədidə 53 yaşlı kişini avtomobil vurub.

"Report"un məlumatına görə, 1969-cu il təvəllüdlü Əsgərov Rafiq Əmir oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin sonra Bakıdakı xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27