Aeroport yolunda gənc oğlanı avtobus vurub

Bakı. 11 yanvar. REPORT.AZ/ Bakıda hava limanı istiqamətində gedən yolun Sabunçu rayonu ərazisinə düşən hissəsində piyadanı avtobus vurub.

"Report"xəbər verir ki, 17 yaşlı Vəliyev Vüsal Taryel oğlu sürət həddi 120 km/saat olan yolda yerüstü piyada keçidindən istifadə etməyərək, piyadalar üçün müəyyən edilməmiş yerdən keçib.

Nəticədə özəl şirkətlərin birinə məxsus "Hyundai" markalı sərnişin avtobusu onu vurub. Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14