Abşeronda 22 yaşlı gənc yol qəzasında xəsarət alıb

Abşeron rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Bayramov Vaqif İlqar oğlu müxtəlif bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, həkim müayinəsi zamanı ona sol körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48