Abşeronda qadın dəm qazından zəhərlənib

Abşeron rayonunda zəhərlənmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Qobu qəsəbəsində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Abdulova Fərqanə Dostəli qızı yaşadığı evdə dəm qazından zəhərlənib. F.Abdulovanın yaxınları təcili tibbi yardıma müraciət ediblər, xəstəyə zəruri yardım göstərilib.

Fakt araşdırılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54