Abşeronda piyadanı maşın vurub

Bakı. 30 iyun. REPORT.AZ/ Abşeron rayonunun H.Z.Tağıyev qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, yolu keçmək istəyən 1986-ci il təvəllüdlü Dadaşov Şəhriyar İlkin oğlunu minik avtomobili vurub.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41