Abşeronda piyada qadını maşın vurub

Bakı. 5 iyul. REPORT.AZ/ Hökməli-Qobu yolunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, 1982-ci il təvəllüdlü Quliyeva Afaq Ərzuman qızı yolu keçmək istəyən zaman "VAZ-2106" markalı avtomobil tərəfindən vurulub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər