Abşeronda orta yaşlı qadını avtomobil vurub

Bakı. 25 dekabr. REPORT.AZ/ Abşeron rayonunun Xırdalan şəhərində orta yaşlı qadını avtomobil vurub.

"Report" xəbər verir ki, hadisə 1980-ci il təvəllüdlü Arzuməmmədova Cəmilə Malik qızı 27-ci məhəllədə yolu keçən zaman qeydə alınıb.

Qadın müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat verilib.

Digər xəbərlər

Binədə mağaza yanıb 06 iyun, 2026 / 12:28