Abşeronda orta yaşlı kişi bıçaqlanıb

Bakı. 19 iyul. REPORT.AZ/ Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən parkda baş verib.

1979-cu il təvəllüdlü Zeynalov Elman Oqtay oğlu naməlum şəriatdə bıçaqlanıb. O, aldığı xəsarətlərə görə, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisənin təfərrüatları araşdırılır.

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29