Abşeron rayonunda meyiti tapılan şəxsin kimliyi məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, onun Xırdalan şəhər sakini, 1965-ci il təvəllüdlü Hüseynov İlkin Mirməmməd oğludu müəyyən olunub.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.
*** 16:23
Abşeron rayonunda naməlum kişi meyiti tapılıb.
“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, Xırdalan şəhəri ərazisində, təxminən, 45-50 yaş arasında aşkarkanan kişi meyitinin şəxsiyyətini aşkar etmək hələ ki mümkün olmayıb
Faktla bağlı araşdırma aparılır.