Abşeronda iki nəfər dəm qazından zəhərlənib

Abşeron rayonunda iki nəfər dəm qazından zəhərlənib.

"Report"un məlumatına görə, hadisə Xirdalan şəhəri və Masazır qəsəbəsində qeydə alınıb. Belə ki, Xırdalan şəhər sakini 2006-cı il təvəllüdlü Musayeva Həvva Rəcəb qızı, Masazır qəsəbə sakini Güldəstə Səfərova yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər