Abşeronda gənc qızı maşın vurub

Bakı. 20 dekabr. REPORT.AZ/ Abşeron rayonunun Masazır qəsəbəsində piyadanı minik maşını vurub.

"Report" xəbər verir ki, hadisə 1992-ci il təvəllüdlü Nəcəfova Nara Ramiz qızı yolu keçmək istəyən zaman baş verib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb.

Araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41