Abşeronda gənc qız intihar edib

Abşeron rayonunda gənc qız intihar edib.

“Report”un xəbərinə görə, hadisə bu gün rayonun Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 30-cu məhəllə, bina 41-də qeydə alınıb.

Belə ki, 16-17 yaşlı qız yaşayış binasından özünü ataraq öldürüb.

Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

İlkin məlumata görə, gənc qızın həmin binada yaşamadığı ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41