Abşeronda gənc qız dəm qazından zəhərlənib

Abşeron rayonunda 27 yaşlı gənc qız dəm qazından zəhərlənib.

“Report”un məlumatına görə, hadisə Xırdalan şəhəri “Quşçuluq” massivində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Namazova Nigar yaşadiğı evdə dəm qazından zəhərlənib.

N.Namazova təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.

Digər xəbərlər