Abşeronda gənc oğlan bıçaqlanıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1987-ci il təvəllüdlü Aydınov Ruslan keçmiş Qafqaz Universitetinin binası yanında naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27