Abşeronda gənc oğlan bıçaqlanıb

Abşeronda 18 yaşlı gənc oğlan bıçaqlanıb.

"Report"un məlumatına görə, Xırdalan şəhərində 2005-ci il təvəllüdlü Qafar Abbasov tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazunun kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14