Abşeronda evdən 4500 manatlıq pul və qızıl-zinət əşyaları oğurlanıb

Abşeronda evdən 3000 manat və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 12-də rayon ərazisindəki evlərin birindən 3000 manat, 1500 manat dəyərində qızıl-zinət və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri O.Paşazadə və əvvəllər məhkum olunmuş Ə.Savdumov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41