Abşeronda evdən 4 250 manat oğurlanıb, saxlanılanlar var

Abşeron rayonu ərazisindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyidən "Report"a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də rayon ərazisindəki evlərin birindən 4 250 manat oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini A.Quluzadə və Sumqayıt şəhər sakini F.Həsənzadə saxlanılıb.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 07 iyun, 2026 / 17:55
Binədə mağaza yanıb 06 iyun, 2026 / 12:28