Abşeronda dava zamanı gənc oğlan bıçaqlanıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Abşeronun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1990-cı il təvəllüdlü Əkbərov Abidin Şahverdi oğlu "Abşeron" marketin qarşısında tanışı ilə əlbəyaxa olub. Bu zaman o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47