Abşeron rayonunda 65 yaşlı fəhlə yükqaldırıcı mexanizmin altında qalaraq ölüb.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, tikinti sahəsində fəhlə işləyən Asif Məmmədov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.