Abşeronda azyaşlı dəm qazından zəhərlənib

Abşeron rayonunda 6 yaşlı uşaq dəm qazından zəhərlənib.

"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. İyirmi altıncı məhəllə adlanan ərazidə 2016-cı il təvəllüdlü Hüseynzadə Amin Tural oğlu yaşadığı evdə dəm qazından zəhərlənib.

Zərərçəkən təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağsuda qəza olub, ölən var 28 noyabr, 2026 / 09:41