Abşeronda avtomobillər toqquşub, xəsarət alanlar var

Abşeron rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Məmmədova Həqiqət Ələsgər qızı və 1985-ci il təvəllüdlü Cabbarov Elmin Sabir oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər