Bakı. 4 avqust. REPORT.AZ/ Abşeron rayonunda avtomobildən oğurluq olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də P.Abbasovun “Olinq” markalı avtomobilindən 765 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən Novxanı qəsəbə sakini Rüstəm Səlimov saxlanılıb.
Araşdırmalar davam etdirilir.