Abşeronda avtomobil yolu keçən piyadanı vurub öldürdü

İyunun 30-da saat 23 radələrində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində İmişli rayon sakini Ə.İbişov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurub.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, nəticədə həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14