Abşeronda avtomobil qaçıran şəxslər saxlanıldı

Abşeron rayonunun Saray qəsəbəsi ərazisindən qəsəbə sakini A.Hüseynovun “Mercedes” markalı avtomobili qaçırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları avtomobil qaçıran şəxslərə qarşı əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 3-də avtomobili qaçırmaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri T.Almazov və əvvəllər məhkum olunmuş Y.Nəcəfov saxlanılıblar. 

Digər xəbərlər