Abşeronda avtomobil aşıb: ölən var

Bakı. 18 sentyabr. REPORT.AZ/ Abşeronda avtomobil aşıb, sürücü ölüb.

"Report" xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, dostuna məxsus "Opel" markalı avtomobili idarə edən 1991-ci il təvəllüdlü Mehdizadə Fərman Yaşar oğlu idarəetməsində olan nəqliyyat vasitəsini aşırıb. Qəza zamanı zərbə o qədər güclü olub ki, sürücü baş və bədən nahiyələrindən xəsarət alaraq ölüb.

Faktla bağlı əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33