Abşeronda 60 yaşlı kişini avtomobil vurub

Abşeron rayonunda 60 yaşlı kişi yol-nəqiyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, 1962- ci il təvəllüdlü Mehdizadə Bəxtiyar Əhmədağa oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14