Abşeron. 28 sentyabr. REPORT.AZ/ Abşeron rayonunda 5 yaşlı qızı avtomobil vuraraq öldürüb.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə rayonunun Qobu qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Kürdəmir rayon sakini Zahir Məlikov idarə etdiyi “VAZ-21013” markalı avtomobillə yolu keçən qəsəbə sakini - 5 yaşlı Nuran Güləliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Abşeron rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.