Abşeronda 33 yaşlı kişi çoxsaylı bıçaq xəsarətləri alıb

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. 1989-cu il təvəllüdlü Əzizov Sahil Rafael oğlu tanışı ilə mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun bədənində 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. S.Əzizov əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47