Abşeronda 27 yaşlı gənc bıçaqlanıb

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Nəsirov Razim İltifat oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48