Abşeronda 21 yaşlı gənc oğlanı avtomobil vurub.
"Report"un məlumatına görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.
2001-ci il təvəllüdlü Sadıqov Müzəffər Rulid oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.