Abşeronda qadın sürücü yol qəzası törədərək ağır xəsarət alıb

Abşeron rayonunda 19 yaşlı gənc qız yol qəzasında xəsarət alıb.

"Report"un məlumatına görə, 2006-cı il təvəllüdlü Əliyeva Ayan Zaur qızının idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan A.Əliyeva təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

Xəbər lenti

Türkiyədə fabrik yanır 20 may, 2025 / 09:24