8 gün əvvəl avtomobil ilə vurulan piyada xəstəxanada ölüb

Bakı. 9 mart. REPORT.AZ/ 8 gün əvvəl avtomobil ilə vurulan piyada xəstəxanada ölüb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 26-da Yasamal rayonunun A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Sahibxan Mirzəyev idarə etdiyi "Mercedes" markalı avtomobillə paytaxt sakini Cəmilə Hüseynovanı vurub.

Xəstəxanaya yerləşdirilən piyada martın 8-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 07 aprel, 2026 / 06:31
Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05