Azərbaycandan Türkiyəyə plastik məmulatlar aparan avtomobildə psixotrop maddələr aşkarlanıb

Azərbaycandan Türkiyəyə plastik məmulatlar aparan avtomobildə psixotrop maddə aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, Naxçıvandan tranzit keçməklə Türkiyəyə plastik məmulatlar aparan 25-LS-673 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı nəqliyyat vasitəsinə Culfa dövlət sərhədindən buraxılış məntəqəsində gömrük baxışı həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsində gizlədilmiş, ümumi çəkisi 79 kq 100 qram olan kristal halında psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Digər xəbərlər