"28 Mall"da elektrik enerjisinin kəsilməsinin səbəbi açıqlanıb

Bakı. 17 fevral. REPORT.AZ/ "28 Mall" ticarət mərkəzində elektrik enerjisinin kəsilməsinin səbəbi açıqlanıb.

 Ticarət mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, bu gün səhər saat 10:00-dan iaşə obyektinə elektrik enerjisinin verilişi dayandırılıb. Buna səbəb ticarət mərkəzinin yüksək gərginlikli elektrik xətlərində nasazlıq yaranması olub. "Hazırda "28 Mall" bağlıdır. "Elektrik xətlərinin təmiri üçün yeni detallar gətiriləcək. Yaxın saatlarda təmir bitdikdən sonra ticarət mərkəzinə girişə məhdudiyyət aradan qaldırılacaq" , - deyə, ticarət mərkəzindən bildirilib.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39