20 Yanvar metrostansiyasının girişində gənc oğlan bıçaqlanıb - FOTO

Bakı. 25 sentyabr. REPORT.AZ/ Metronun 20 Yanvar stansiyasının girişində gənc oğlan bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Müzəffərov Müzəffər Cəllalədin oğlu stansiyanın girişində naməlum şəxs və ya şəxslərlə əlbəyaxa dava edib. Nəticədə ona bir neçə bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Ordubadda qaya uçqunu olub 31 mart, 2026 / 12:15
Daşkəsəndə yol çöküb 30 mart, 2026 / 11:46