Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.
"Report"un məlumatına görə, açılış matçında "Zirə" klubu "Sumqayıt"ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Qartallar"ın heyətində yeganə qolu 65-ci dəqiqədə Mohamed Hamdaui vurub.
Bu qələbədən sonra xallarını 34-ə çatdıran "Zirə" turnir cədvəlində 2-ci pilləyə yüksəlib. 13 xalı olan "Sumqayıt" isə yeddinci pillədə qalıb.
Qeyd edək ki, günün digər oyununda "Neftçi" "Bakcell Arena"da "Səbail"lə qarşılaşacaq. Tura martın 6-da oynanılacaq "Keşlə" - "Sabah" və "Qarabağ" - "Qəbələ" matçları ilə yekun vurulacaq.