“Yuventus”un futbolçusu “Milan”a transfer olunub

Bakı. 14 iyul. REPORT.AZ/ İtaliya yığmasının və “Yuventus”un futbolçusu Leonardo Bonuççi “Milan”a transfer olunub.

“Report”un məlumatına görə, 30 yaşlı mərkəz müdafiəçisi bu gün yeni komandasının ofisinə gəlib.

“Milan” L.Bonuççi ilə 2022-ci ilə qədər müqavilə bağlayacaq. “Qırımız-qaralar”ın onun keçidi üçün “Yuventus”a 40 milyon avro ödədiyi bildirilir.

Qeyd edək ki, Leonardo Bonuççi 2010-cu ildən formasını geyindiyi “Yuventus”la 227 oyuna çıxıb və 15 qola imza atıb.  

Digər xəbərlər